Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd olunub

05 iyun 2024 | 11:48

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamına əsasən 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir.

Su təsərrüfatı və meliorasiya işçiləri günü münasibətilə Tovuz Suvarma Sistemləri İdarəsinin və 8 nömrəli Regional Sukanal İdarəsinin Tovuz Sukanal sahəsinin kollektivi Ümumilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. İcra başçısı bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin hər yerində olduğu kimi Tovuzda da əhalinin içməli su təchizatı, suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülüb.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər