Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd olunub

04 iyun 2022 | 11:57

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamına əsasən 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir.

Su təsərrüfatı və meliorasiya işçiləri günü münasibətilə Tovuz Suvarma Sistemləri İdarəsinin kollektivi Tovuz şəhərinin mərkəzi meydanında Ümumilli Lider Heydər Əliyevin ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. İcra başçısı bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə bütün sahələrlə yanaşı meliorasiya və su təsərrüfatı sisteminin də inkişafına daim böyük diqqət və qayğı göstərmişdir. Qeyd olundu ki, müasir dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin hər yerində olduğu kimi Tovuzda da əhalinin içməli su təchizatı, suvarma suyu ilə təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.

Rayonun melorasiya və su təsərrüfatı işçilərini peşə bayramı günü münasibətilə təbrik edirik.

Keçidlər