Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd olunub və “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyev Mərkəzi ziyarət olunub

05 iyun 2023 | 11:53

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə Tovuz Suvarma Sistemləri İdarəsinin və 8 saylı  Regional Tovuz Sukanal sahəsinin kollektivi Ümumilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamış,  ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına göstərilən dövlət dəstəyi sayəsində əhalinin içməli su təchizatının, suvarma suyu ilə təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü və təxirəsalınmaz layihələr həyata keçirildiyini bildirib.

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə bir qrup əməkdaşa Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Sonra Tovuz Suvarma Sistemləri İdarəsinin və 8 saylı  Regional Tovuz Sukanal sahəsinin kollektivi “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Ziyarət çərçivəsində əməkdaşlara Mərkəzin ekspozisiyası və Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti barədə dolğun məlumat verilib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər