Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edilib

05 iyun 2025 | 17:01

Tovuzda 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı əlaqədar  tədbir keçirilib.

Əvvəlcə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov,Tovuz Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi Ümumilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Sonra xatirə şəkli çəkdirilib.

Bayram tədbiri Tovuz Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında davam edib, bir qrup əməkdaşlara Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər