Tovuzda Sertifikatlaşdırma prosesinin növbəti gününə start verilib
Ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.Tovuz şəhəri N.Tusi adına Təbiət və texniki fənlər təmayüllü məktəb-liseydə sertifikatlaşdırma prosesinin növbəti gününə start verilib. Bu gün təşkil edilən imtahana Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 467 nəfər kimya və biologiya fənn müəllimləri dəvət olunub.
Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Elm və Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov Tovuz şəhəri Nəsrəddin Tusi adına məktəb-liseydə yerləşən imtahan mərkəzində olmuşlar. RİH başçısı M.Məmmədov məktəbdə imtahan üçün olan şəraitlə tanış olaraq prosesi yaxından izləyib, müəllimlərə və bütün heyətə işlərində uğurlar arzulayıblar.






