Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Şən startlar” əyləncəli idman yarışı keçirilib

12 aprel 2023 | 15:51

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlərə məktəblilər də qoşulublar.

Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin idman zalında keçirilən "Şən startlar" yarışması Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi ilə Adil Qasımov adına Tovuz şəhər tam orta məktəbi arasında keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Şən notlarla keçən yarışın sonunda balaca idmançılarımıza hədiyyələr təqdim olundu.

Keçidlər