Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhidlərin xatirəsinə həsr olunmuş kəndlərarası futbol turnirinin final oyunu keçirilib

08 iyul 2023 | 22:37

Bu gün Tovuz şəhər stadionunda Rayon İcra Hakimiyyətinin, Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı və sahibkarların dəstəyi ilə keçirilən şəhidlərin xatirəsinə həsr olunmuş kəndlərarası futbol turnirinin “Qovlar” – “Xatınlı Əmirli” komandalarının final qarşılaşması baş tutub.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, hüquq mühafizə orqanlarının rəhbərləri, “Turan Tovuz” futbol klubunun sponsoru, “Huner Group”un təsisçisi Ehtiram Quliyev, “Turan Tovuz” futbol klubunun rəsmiləri, rayon və futbol ictimaiyyətinin nümayəndələri və futbol həvəskarları iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra qarşılaşma başlayıb. Qarşılaşmanın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb, qalib penaltı zərbələrindən sonra müəyyənləşib. Qovlar şəhərinin “Qovlar”  komandası fərqlənərək birinci yerə yüksəlib. İkinci yeri Xatınlı kəndinin “Xatınlı Əmirli” komandası, üçüncü yeri isə Bozalqanlı kəndinin “Bozalqanlı” komandası  tutub. İlk 3 yeri tutan komandalara RİH tərəfindən təsis edilmiş kubok və medallar təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər