Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhidlərin medalları ailələrinə təqdim olunub.

10 oktyabr 2023 | 20:09

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə  “Vətən uğrunda” medalı  ilə təltif olunmuş tovuzlu şəhidlər – Hüseynov Eşqin Cəmil  oğlu və Nəzərov Ayaz Azər oğlunun medalları  şəhidlərin ailə üzvlərinə təqdim olunub.

Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz Rayon Şöbəsinin rəisi Xalid Abasov, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, medalları şəhid ailələrinə təqdim ediblər.

Şəhidlərin ailə üzvləri ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlıq bildiriblər.

 

Keçidlər