Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Xəyal İman oğlu Şəkərovun xatirəsinə həsr olunmuş güləş yarışı keçirilib

31 oktyabr 2022 | 15:47

Tovuz rayon Olimpiya İdman Kompleksində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif olumuş Şəkərov Xəyal İman oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Yarışda Tovuz, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Zaqatala, Yevlax, Mingəçevir şəhər və rayonlarından 170-dən çox idmançı iştirak edib.

Qalib idmançıların diplom və medallarla təltifetmə mərasimində şəhidin atası Şəkərov İman və qardaşı Şəkərov Tural  iştirak etmişlər.

 

Keçidlər