Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Nəsibov Kənan Cəbrayıl oğlu dəfn edildi.

16 sentyabr 2022 | 16:38

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, 1999-cü il təvəllüdlü Nəsibov Kənan Cəbrayıl  oğlu bu gün Tovuz rayonunda dəfn olunub.

Şəhidimiz Tovuz rayonunun Əsrik Cırdaxan kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda şəhidin xatirəsinə yaylım atəşi açılıb və üçrəngli  Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin atası Cəbrayıl Nəsibova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər