Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Mahmudzadə Ülvü Məzahir oğlu dəfn edildi

14 sentyabr 2022 | 18:39

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, 1991-ci il təvəllüdlü Mahmudzadə Ülvü Məzahir oğlu bu gün Tovuz rayonunda dəfn olunub.

Şəhidimiz Tovuz rayonunun Alakol kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Arzu Nağıyev, Qənirə Paşayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda üçrəngli  Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin  atası Məzahir Sadıqova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər