Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Hümbətov Zöhrab Məmməd oğlu dəfn edilib

15 dekabr 2022 | 18:14

44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən Kəlbəcərin Çıraq kəndi ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhid olan baş  gizir Hümbətov Zöhrab Məmməd oğlu bu gün Tovuz rayonunda dəfn olunub.

Şəhidimiz Tovuz rayonunun Aşağı Quşçu kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda üçrəngli  Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin  atası Məmməd Hümbətova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər