Tovuzda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü günü qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Buna uyğun olaraq hər il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti günü qeyd olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 12-ci il dönümü münasibətilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Xalid Abasov, hüquq-mühafizə orqanları rəhbərləri və Xidmətin Tovuz rayon şöbəsinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
RİH başçısı Məmməd Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşlarını təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də uğur və inkişafa nail olunduğunu bildirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ordumuzun gücləndirilməsi və yenilənməsi üçün əsaslı tədbirlər görüldüyü, son illər əldə olunan Qələbələr görülmüş işlərin nəticəsi olduğu vurğulanıb.
Sonda xatirə şəkli çəkdirilib.