Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü günü qeyd edilib

13 fevral 2023 | 12:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Buna uyğun olaraq hər il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti günü qeyd olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci il dönümü münasibətilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Xalid Abasov, hüquq-mühafizə orqanları rəhbərləri və Xidmətin Tovuz rayon şöbəsinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

RİH başçısı Məmməd Məmmədov  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşlarını təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də uğur və inkişafa nail olunduğunu bildirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ordumuzun gücləndirilməsi və yenilənməsi üçün əsaslı tədbirlər görüldüyü, 44 günlük Vətən müharibəsi zamanı əldə olunan Şanlı Qələbənin görülmüş işlərin nəticəsi olduğu vurğulanıb.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı baş leytenant Alxasov Nurlan Təhməs oğluna “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər