Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ili  qeyd edilib

13 fevral 2025 | 15:26

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Buna uyğun olaraq hər il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti günü qeyd olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü il dönümü münasibətilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəis müavini  Aqşın  Alızadə və xidmətin Tovuz rayon şöbəsinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

RİH başçısı Məmməd Məmmədov  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşlarını təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də uğur və inkişafa nail olunduğunu bildirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ordumuzun gücləndirilməsi və yenilənməsi üçün əsaslı tədbirlər görüldüyü, son illər əldə olunan Qələbələr görülmüş işlərin nəticəsi olduğu vurğulanıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin fərqlənən əməkdaşları Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir.

Sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər