Tovuzda şahmatçı qızlar arasında Rapit Turniri keçirilib
Tovuzda Azərbaycan Şahmat Fedarasiyasının təşkilatçılığı ilə şahmatçı qızlar arasında Rapit Turniri təşkil olunub.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Müstəqil Azərbaycanın ilk qadın qrossmeysteri, şahmat üzrə gənclər arasında Avropa və dünya çempionu Zeynəb Məmmədyarova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin məsul əməkdaşları, Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova çıxış edərək iştirakçıları salamlayıb, bu cür idman tədbirlərinin gənclərin intellektual inkişafında, sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, eyni zamanda, qadın şahmatçıların uğurlarının gənc nəslə nümunə olduğunu vurğulayaraq, turnirin iştirakçılarına uğurlar arzulayıb.
Turnirdə Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Tərtər rayonlarından olan şahmatçı qızlar mübarizə aparıblar. Rapit Turniri ümumilikdə 65 nəfər idmançı şagirdin iştirakı ilə baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qalib olan şahmatçılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.






