Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

19 noyabr 2026 | 12:34

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası və sahibkarlıq subyektlərinin təşəbbüslərinin yerində qiymətləndirilməsi, mövcud məsələlərin öyrənilməsi məqsədilə Tovuz rayonunda fəaliyyət göstərən bir-neçə sahibkarlıq subyektlərinə baxış keçirilib.
Baxışda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Su Ehtiyyatları Dövlət Agentliyinin məsul əməkdaşları iştirak ediblər.
Bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan “Tovuz Aqrokompleks” MMC-də, heyvandarlıq məhsullarının istehsalını həyata keçirən “Tovuz Aqro” MMC-də, eləcə də sahibkar Hüseynov Fikrət Qurban oğluna məxsus təsərrüfatda və digər təsərrüfat subyektlərində olublar.Tanışlıq zamanı təsərrüfatların fəaliyyəti, istehsal imkanları, mövcud potensialı ilə bağlı vəziyyət nəzərdən keçirilib.Dövlət Proqramında müəyyən edilmiş hədəf və prioritetlərin yerlərdə icrası, aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin imkanlarının genişləndirilməsi, istehsal prosesinin daha da təkmilləşdirilməsi və mövcud məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Keçidlər