Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Sağlam həyat naminə erkən nikaha yox deyək” mövzusunda tədbir keçirilmişdir.  

01 dekabr 2023 | 15:55

Tovuz rayonunun Araz Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində “Sağlam həyat naminə erkən nikaha son deyək” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz Rayon Qeydiyyat Şöbəsinin rəisi Verdiyeva Svetlana, Qazax-Tovuz Regional Təhsil idarəsinin Tovuz sektorunun müdiri Məhəbbət Hüseynova , Tovuz rayon Polis şöbəsinin əməkdaşları, məktəb psixoloqları, valideynlər və şagirdlər iştirak etmişlər. 

Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunmuşdur.

RİH başçısının müavini, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın sədri Təranə Bayramova çıxış edərək ölkə rəhbərliyi tərəfindən yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrıldığını bildirmiş, erkən yaşda nikah və qohumlar arasında nikahın törətdiyi fəsadları diqqətə çatdırmış və məsələ ilə bağlı cəmiyyət olaraq mübarizə aparılmalı olduğunu qeyd etmişdir.

Rayon Təhsil Sektorunun müdiri Məhəbbət Hüseynova, Tovuz Rayon Qeydiyyat Şöbəsinin rəisi Svetlana Verdiyeva, Tovuz rayon Polis şöbəsinin əməkdaşı, polis mayoru İlham Məmmədov, DQİDK-nin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Allahverənov Eşqin, həkim-ginekoloq Könül Xudatova , Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin psixoloqu Günay Məmmədova çıxış edərək erkən nikah, qohumlararası nikahın hüququ çərçivəsi, həmin məsələlər ilə bağlı mübarizə üsulları, tibbi fəsadları, təhsil müəssisələrində aparılan maarifləndirici tədbirlər ilə əlaqədar iştirakçıları məlumatlandırmışlar.

 

 

Keçidlər