Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şagirdlərin “Tariximizi öyrənək” devizi altında muzeylərə ekskursiyası təşkil olunub

31 oktyabr 2022 | 15:59

Tovuzda  “Zəfər günü” ərəfəsində “Tariximizi öyrənək” devizi altında məktəblilərin muzeylərə ekskursiyaları təşkil olunur.

Təşkil edilən ekskursiya zamanı müxtəlif şəhər və kənd məktəblərinin şagirləri Tovuz rayon Tarix-Diyarşünaslıq və Dövlət Rəmzləri Muzeylərində olublar.

Ekskursiya müddətində şagirdlər muzeyləri gəzərək Azərbaycanın milli mədəniyyəti və tarixi haqqında məlumatlarını daha da zənginləşdiriblər. Bələdçilər tərəfindən şagirdlərə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin qələbəsini təmin edən mühüm amillər barədə məlumat verilib, xalq-ordu birliyinin önəmi vurğulanıb və muzeydə sərgilənən eksponantlarla tanışlıq həyata keçirilib.

 

Keçidlər