Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şagirdlərin  muzeylərə ekskursiyası təşkil olunub

04 noyabr 2023 | 14:45
Tovuzda “Zəfər günü” ərəfəsində “Tariximizi öyrənək” devizi altında məktəblilərin muzeylərə ekskursiyaları təşkil olunur.
Təşkil edilən ekskursiya zamanı müxtəlif şəhər və kənd məktəblərinin şagirdləri Tovuz rayon Tarix-Diyarşünaslıq və Dövlət Rəmzləri Muzeylərində olublar.
Ekskursiya müddətində şagirdlər muzeyləri gəzərək Azərbaycanın milli mədəniyyəti və tarixi haqqında məlumatlarını daha da zənginləşdiriblər. Bələdçilər tərəfindən şagirdlərə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin qələbəsini təmin edən mühüm amillər barədə məlumat verilib, xalq-ordu birliyinin önəmi vurğulanıb və muzeydə sərgilənən eksponantlarla tanışlıq həyata keçirilib.
Keçidlər