Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda RİH başçısı ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüşüb

13 sentyabr 2025 | 12:26

    “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 2024-2025-ci tədris ilində yüksək bal toplayan məzunlarla görüşüb.
    Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
    Görüşdə çıxış edən Məmməd Məmmədov yüksək bal toplayaraq tələbə adını qazanan məzunları əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onların bu nailiyyətlərində müəllimlərin, valideynlərin və məktəb kollektivlərinin rolunu xüsusi qeyd edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğının ölkə təhsilinin inkişafında xüsusi əhəmiyyəti olduğunu qeyd edən RİH başçısı, həmin siyasətin nəticəsi olaraq Tovuzda da təhsil sahəsinin uğurla inkişaf etdiyini və yüksək nəticələr əldə olunduğunu vurğulamışdır.
    Tədbirdə şəhid ailələri və müharibə əlillərinin ailələri də iştirak ediblər. Onların övladlarının da bu il ali məktəblərə qəbul olunması xüsusi qürur və fəxarət hissi ilə qeyd olunub.
    Valideynlər adından Y.Sadıqov adına Bozalqanlı kənd ümumtəhsil tam orta məktəbinin məzunu, ali məktəbə yüksək balla qəbul olmuş Mirhəşim Məmmədlinin atası Məmmədov Fikrət çıxış edərək, göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
    Daha sonra yüksək bal toplayaraq tələbə adını qazanan məzunlara Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və pul mükafatı təqdim olunub.
    Sonda xatirə şəkli çəkilib.

Keçidlər