Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Qurban bayramı münasibətilə bayram payı paylanılıb

09 iyul 2022 | 18:40

İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Tovuz rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələrə 695 qurban payı paylanmışdır.

Bayram payı alan sakinlər kəsilən qurbanların qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və ölkəmiz üçün xeyir, bərəkət, bol ruzi gətirməsini arzulamış, onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə emişlər.  

Əziz tovuzlular Qurban bayramınız mübarək olsun!

Keçidlər