Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Qarabağ Zəfəri: mənəvi ucalıq və milli qürur mənbəyi” mövzusunda tədbir keçirilib

06 noyabr 2026 | 16:24

Tovuz Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qarabağ Zəfəri: mənəvi ucalıq və milli qürur mənbəyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz Regional Bölməsinin, rayon mədəniyyət müəssisələrinin,  idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponat və məlumatlarla tanış olublar.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Əliyev açaraq 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O bildirib ki, bu tarixi Qələbə Azərbaycan xalqının milli birliyinin, Vətən sevgisinin və sarsılmaz iradəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açıb. Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti bu Qələbənin əsasını təşkil edib. Çıxışda qeyd olunub ki, Qarabağın azadlığı yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın tarixi ədalətin bərqərar olması uğrunda apardığı mübarizənin nəticəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsinin göstəricisidir. Zəfər Günü həm də gələcək nəsillərə vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və dövlətçilik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz Regional Bölməsinin müdiri Qüdrət Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və Aşıq Sənəti Muzeyinin direktoru Əminə Mirzəyeva çıxış ediblər.Çıxışlarda Qarabağ Zəfərinin Azərbaycan xalqının milli qürur və mənəvi ucalıq tarixində xüsusi yer tutduğu vurğulanıb. Bildirilib ki, bu Qələbə xalqımızın həmrəyliyinin, milli-mənəvi dəyərlərinə bağlılığının və Vətən uğrunda mübarizə əzminin parlaq nümunəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Azərbaycan Ordusunun gücünün və xalq-ordu birliyinin tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadığını diqqətə çatdırıblar. Eyni zamanda, şəhidlərin qəhrəmanlığının heç zaman unudulmayacağı, onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi qeyd olunub.

Tədbirdə Zəfər Gününün tarixi əhəmiyyəti, milli yaddaşımızda tutduğu yer və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rolu ətrafında fikirlər səsləndirilib.

 

 

 

 

Keçidlər