Tovuzda Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən, hər il 1 oktyabr ölkəmizdə Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı Tovuz rayonunda da qeyd olunub.
Əvvəlcə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon prokuroru Maarif Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov prokurorluq orqanlarında çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, onların ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasındakı əhəmiyyətli fəaliyyətini yüksək qiymətləndirib. O, prokurorluq əməkdaşlarına gələcək fəaliyyətlərində də uğurlar arzulayıb.
Sonda xatirə şəkili çəkilib.






