Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Polis Akademiyasında təhsilə təşviq” mövzusunda maarifləndirici tədbir keçirilib

24 noyabr 2022 | 17:33

Tovuz rayon Nizami adına Mədəniyyət evində “Polis Akademiyasında təhsilə təşviq” mövzusunda  keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayon Polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Tovuz rayon Polis şöbəsinin və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları, həmçinin yuxarı sinif  şagirdləri iştirak ediblər.

Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Məmməd Məmmədov, Rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, Daxili İşlər Nazirliyi Polis Akademiyasının inspektoru, polis kapitanı Asif Əhmədov və Polis Akademiyanın məzunu, RPŞ-nin əməkdaşı, polis leytenantı Ömər İsmayılzadə çıxış edərək daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri və üstün cəhətlərini, 100 ililk şərəfli yol keçmiş Polis Akademiyasının daima ölkə başçısı və daxili işlər nazirinin diqqət və qayğısı ilə əhatə olunduğunu, Akademiyanın tədris prosesi və şəraitini tədbir iştirakçıların diqqətinə çatdırmışlar.

Sonda Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə bağlı çəkilmiş videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarına bukletlər təqdim olunmuş və xatirə şəkli çəkdirilmişdir.

 

 

 

 

Keçidlər