Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda O.Cabbarov adına Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

29 dekabr 2025 | 10:56

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun adını daşıyan Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova iştirak etmişdir. O, məktəbin şagirdlərini Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun adından səmimi-qəlbdən təbrik edərək, onlara möhkəm can sağlığı, dərslərində və gələcək həyatlarında uğurlar, yeni nailiyyətlər arzulamışdır. Bildirilmişdir ki, bu cür bayram tədbirləri uşaqların sevincinə sevinc qatmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Bayram tədbiri çərçivəsində uşaqlar üçün maraqlı əyləncə proqramı təşkil edilmiş, yeni ilin rəmzləri olan Şaxta Baba və Qar Qızı tərəfindən şagirdlərə yeni il hədiyyələri təqdim olunmuşdur. Daha sonra uşaqlar üçün konsert proqramı təşkil edilmiş, şagirdlər müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış etmişlər.

Səmimi və şən ab-havada keçən tədbir uşaqların oyunlar və əyləncələrlə dolu unudulmaz anlar yaşaması ilə davam etmiş, bayram sevinci məktəbdə yüksək əhval-ruhiyyə yaratmışdır.

Sonda uşaqlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentin cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər