Tovuzda Novruz şənliyi təşkil olunacaq.
14 mart 2026 | 13:02
Novruz bayramı münasibətilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən 17 mart 2026-cı il tarixində saat 12:00-dan etibarən Heydər Əliyev Meydanında möhtəşəm Novruz şənliyi təşkil olunacaq.
Bayram tədbiri çərçivəsində Novruz tonqalı alovlandırılacaq, xalqımızın zəngin milli-mənəvi dəyərlərini əks etdirən maraqlı etnoqrafik səhnələr təqdim olunacaq. Şənlik tanınmış incəsənət nümayəndələrinin və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqili konsert proqramı ilə davam edəcəkdir.
Hörmətli tovuzlular və rayonumuzun qonaqları!
Sizi baharın gəlişini, birlik və sevinc rəmzi olan Novruz bayramını birlikdə qeyd etmək üçün bu möhtəşəm bayram tədbirinə dəvət edirik.






