Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

21 mart 2024 | 15:12

Tovuz Heydər Əliyev meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Tədbiri RİH başçısı Məmməd Məmmədov açaraq Novruz bayramı münasibətilə tovuzluları və rayonumuzun qonaqlarını təbrik etmiş, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulamışdır.

Sonra Bahar qız, Kosa və Keçəl faytonda şəhər gəzintisi həyata keçirərək meydana daxil olmuş və tədbir iştirakçılarını salamlamışlar.

Meydanın mərkəzində quraşdırılmış rəmzi tonqal qalanmış, idmançıların ifasında tamaşalar nümayiş etdirilmiş, milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi iştirakçılara təqdim olunmuşdur.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Arzu Nağıyev, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon prokuroru Maarif Hüseynov və ictimaiyyət nümayəndələri meydanda sərgilənən Novruz adət-ənənələri ilə tanış olmuş, şəhid ailələrini, qaziləri və sakinləri bayram münasibətilə təbrik etmişlər.

Bayram şənliyi geniş konsert proqramı ilə davam edib.

Keçidlər