Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Novruz bayramı münasibətilə bayram sovqatları paylanılıb

17 mart 2025 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə ümumilikdə 1090 ailəyə bayram sovqatı paylanılıb.

Ziyarət olunan ailələr onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər