Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Novruz bayramı böyük coşqu və təntənə ilə qeyd olunub

17 mart 2023 | 16:54

Tovuz Heydər Əliyev meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir.

Bahar qız, Kosa və Keçəl faytonda şəhər gəzintisi həyata keçirdikdən sonra meydana daxil olmuş və tədbir iştirakçılarını salamlamışlar.

Sonra meydanın mərkəzində quraşdırılmış rəmzi tonqal qalanmış, idmançıların ifasında tamaşalar nümayiş etdirilmiş, milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi iştirakçılara təqdim olunmuşdur.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri meydanda sərgilənən Novruz adət-ənənələri ilə tanış olmuş, şəhid ailələrini,qaziləri və sakinləri bayram münasibətilə təbrik etmişlər.

Tədbirdə RİH başçısı Məmməd Məmmədov çıxış edərək tovuzluları və qonaqları bayram münasibətilə təbrik etmiş, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulamışdır.

Bayram şənliyi rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert proqramı ilə davam edilib.

Keçidlər