Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə günü” ilə əlaqədar dəyirmi masa keçirilib  

22 iyun 2023 | 15:21

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə günü” ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Tovuz rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, aidiyyəti idarə, müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan RİH başçısının birinci müavini Rəşad Zeynalov bildirmişdir ki, Azərbaycanın Dövlət siyasətinin mərkəzində hər zaman gənclərimiz və onların sağlam mühitdə yaşaması məsələsi dayanmışdır. Bunun məntiqi nəticəsidir ki, Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək “ağ ölüm” ilə mübarizəyə dair müvafiq fərman və sərəncamlar imzalamışdır. Rəşad Zeynalov Tovuz Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” və ”Müsadirə edilmiş narkotik vasitələrin və onların prekursorlarının məhvetmə komissiyası”nın həyata keçirdiyi fəaliyyətlər ilə bağlı iştirakçıları məlumatlandırmışdır.

Daha sonra Tovuz RPŞ-nin rəisi Habil Əmiraslanov, Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və rayon Mərkəzi Xəstəxanası PHŞ-nin psixiatrı Nəriman Şirinov çıxış edərək narkomaniya və onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə bağlı həyata keçirilməli olan tədbirləri diqqətə çatdırmış,   psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin öyrənilməsi, qarşıya çıxan problemlərin həll edilməsi və aidiyyəti təşkilatların imkanlarının əlaqələndirilməsi məsələsinin zəruriliyini vurğulamışlar.

Keçidlər