Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib

31 avqust 2023 | 17:43

Tovuz rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Tarix-Diyarşünaslıq Muzeyində yeniyetmə və gənclərin iştirakı ilə "Narkomaniyaya yox deyək" adlı maarifləndirici görüş keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin şöbə müdiri Oruc Məmmədov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev, sektorun baş məsləhətçisi Yaşar Orucov, Tovuz rayon Polis şöbəsinin əməkdaşı polis baş leytenantı İntiqam Allahverdiyev, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkimi Nəriman Şirinov, Tovuz Peşə Liseyinin diretor müavini Sərxan Musayev çıxış edərək müxtəlif sahələrdə həyata keçirilən maarifləndirmə və mübarizə tədbirləri barədə ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlərin Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmışdır. Eyni zamanda bu fərmanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq müəyyən edilmişdir. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması əsas vəzifələrdən birinə çevrilmişdir. Bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Həyata keçirilən bu tədbirlərin sistemli fəaliyyət üçün qanuni baza olduğu vurğulanmışdır.
Sonda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunmuş videoçarx nümayiş olunmuşdur.
Tədbirdə qlobal və milli təhdidə çevrilmiş narkomaniyaya qarşı maarifləndirici tədbirlərin mütəmadi olaraq təşkil olunması qərara alınmışdır.

Keçidlər