Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib

09 oktyabr 2026 | 15:43

A.Qasımov adına Tovuz şəhər tam orta ümumtəhsil məktəbində “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkə kimi tanınıb. Bu zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması multikultural dəyərlərin yaşadılmasında mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə müxtəlif dini icmaların fəaliyyətinə yaradılan şərait, dini abidələrin qorunması və bərpası Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu göstərir.Çıxışında Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına, müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini qeyd edən Təranə Bayramova bildirib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın multikulturalizm və tolerantlıq modeli ölkəmizin beynəlxalq aləmdə müsbət nüfuzunun formalaşmasına mühüm töhfə verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz Regional Bölməsinin müdiri Qüdrət Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və Tovuz rayon üzrə gənclər və idman sektorunun məsul əməkdaşı İdrak Tağıyev çıxış edərək Azərbaycan cəmiyyətində multikultural dəyərlərin rolu, dini tolerantlığın əhəmiyyəti və milli-mədəni irsin qorunması barədə fikirlərini bölüşüblər. Çıxışlarda dini memarlıq nümunələrinin xalqımızın tarixi-mədəni irsinin mühüm hissəsi olduğu, müxtəlif dövrlərə aid dini abidələrin qorunmasının milli yaddaşın yaşadılması baxımından əhəmiyyət daşıdığı vurğulanıb.Bildirilib ki, Azərbaycanın müxtəlif bölgələrində yerləşən məscid, kilsə, sinaqoq və digər dini-memarlıq nümunələri ölkəmizin əsrlər boyu formalaşmış multikultural mühitinin əyani göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpası və qorunması istiqamətində həyata keçirilən tədbirlər də bu siyasətin mühüm tərkib hissəsidir.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda tədbir iştirakçıları ilə mövzu ətrafında müzakirələr davam etdirilib.

Keçidlər