Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Müasir Azərbaycan gəncləri Heydər Əliyev irsinin davamçılarıdırlar” mövzusunda tədbir keçirilib

02 fevral 2023 | 17:17

Tovuz rayon Nizami adına Mədəniyyət evində “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə “Müasir Azərbaycan gəncləri Heydər Əliyev irsinin davamçılarıdırlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun ictimaiyyət nümayəndələri və fəal gəncləri iştirak ediblər.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tovuz rayon Nizami adına Mədəniyyət evində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.

RİH başçısı Məmməd Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində qeyd olunan “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, əsası Ümummilli Lider tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən və uğurlarından bəhs etmişdir.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, III qrup Vətən müharibəsi əlili, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin müəllimi Nahid Hacıyev, Əsrik Cirdaxan kənd İƏD üzrə nümayəndənin müavini İsmət Kazımov, Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbin müəllimi Ramidə Məmmədova və rayonun fəal gənclərindən Tamam Səlimova çıxış edərək dövlət gənclər siyasətinin Azərbaycan gənclərini uğura apardığını, Ulu Öndərin adı ilə bağlı olan bu siyasətin gənclərin sağlamlığı, təhsili, asudə vaxtının düzgün dəyərləndirilməsi, məşğulluğu kimi sahələri əhatə etdiyini, nəticədə sağlam ruhda və vətənpərvər nəslin yetişdiyini qeyd etmişlər.

Vətənimizin müdafiəsi zamanı xüsusi igidlik göstərən, həmçinin rayonda müxtəlif fəaliyyət istiqamətləri üzrə çalışan bir qrup gəncə “Azərbaycan gəncləri günü” münasibətilə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir rayonun mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.

Keçidlər