Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu” mövzusunda dəyirmi masa keçirilib

02 sentyabr 2022 | 16:25

Tovuz rayon Heydər Əliyev mərkəzində Tovuz Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Tovuz RİH başçısı aparatının baş məsləhətçisi Akif Ələkbərov, YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Gənclər və İdman idarəsinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz  nümayəndəliyinin üzvləri iştirak ediblər.

Çıxış edənlər – Akif Ələkbərov, İlqar Kərimov, Rasim Tağıyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Yaşar Orucov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli hər bir xalqın formalaşmasında və təşəkkül tapmasında milli-mənəvi dəyərlərin rolunun vacibliyindən bəhs edib. Bildirilib ki, xalqımız hər zaman milli dəyərlərimizə sadiq olub və əsrlərlə yaşadaraq inkişaf etdirib. Bu dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın roluna diqqət çəkilərək mediada dini radikalizmə qarşı maarifçilik işlərinin aparılmasının xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Dəyirmi masa qarşılıqlı müzakirə şəraitində davam etdirilib.

Keçidlər