Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Milli dövlətçiliyin möhkəmlənməsi, Azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

01 iyul 2022 | 14:11

Tovuz rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin, YAP Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi, Azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz RİH başçısı aparatının baş məsləhətçisi Akif Ələkbərov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, məktəblərdə həyat bilgisi, tarix fənni tədris edən müəllimlər, psixoloqlar və gənclər iştirak edib.

Çıxış edənlər – Akif Ələkbərov, Rasim Tağıyev və  Y.Sadıqov adına Bozalqanlı  kənd tam orta məktəbinin tarix müəllimi Pərvanə Hümmətova Azərbaycanda mövcud olan milli- mənəvi dəyərlərdən, multikultural mühitdən, Azərbaycan xalqının milli inkişafının ideya təməli olan “Azərbaycançılıq” ideologiyasından və Ulu Öndər Heydər Əliyevin bu ideologiyanın formalaşmasındakı rolundan, müasir Azərbaycan dövlətinin formalaşması və keçdiyi tarixi dövrlərdən bəhs ediblər.

 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər