Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda məktəblilərin “Tariximizi birlikdə öyrənək” adı altında muzeyə ekskursiyası təşkil olunub

09 iyul 2024 | 16:02

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə nümayəndələrinin və fəal uşaqların təşəbbüsü ilə "Tarixmizi birlikdə öyrənək" adı altında Tovuz Rayon Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib.

Ekskursiya zamanı şagirdlər muzeyi gəzərək Azərbaycanın milli mədəniyyəti və tarixi haqqında məlumatlarını daha da zənginləşdiriblər. Məktəblilər həmçinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olub, onlara şəhidlərin keçdiyi şanlı döyüş yolu haqqında geniş məlumat verilmişdir. Bələdçilər tərəfindən şagirdlərə bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin qələbəsini təmin edən mühüm amillər Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Şagirdlərin tarixi nümunələr barədə sualları bələdçilər tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.

Keçidlər