Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda məktəblərdə “Son zəng” tədbirləri keçirilib.

14 iyun 2025 | 14:11

Tovuzda 2024-2025-ci tədris ilinin yekunu ilə əlaqədar bütün ümumtəhsil müəsissələrində "Son zəng" tədbirləri keçirilib.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhər A.Qasımov adına tam orta ümumtəhsil məktəbin “Son zəng” tədbirində iştirak edib.

Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Məmməd Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bu ilki məzunları “Son zəng”günü münasibətilə təbrik edib. RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bütün sahələrə olduğu kimi təhsilə də həmişə xüsusi əhəmiyyət verərək “Təhsil sahəsi həyatımızın gərəkli ən nüfuzlu sahəsidir” deyirdi. Heydər Əliyevin əsasını qoyduğu təhsil islahatları möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi dövründə 3200-dən artıq məktəb binası tikilib və ya əsaslı təmir edilib. Həmçinin rayonumuzda 32 məktəb binası yenidən tikilib və ya təmir olunub, 25 məktəb binası təmir olunub, 5 məktəbdə əlavə korpuslar tikilib və 16 dağ kəndimizə modul tipli təhsil müəssisəsi tikilib.  Hal hazırda 1 məktəb binasi yeni tikilir. Təhsildə görülən bütün bu işlər və həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin təhsil sahəsinə olan diqqət və qayğısından irəli gəlir.

“Son zəng” tədbirində Tovuz şəhər A.Qasımov adına tam orta ümümtəhsil məktəbin direktoru İlhamə Zeynalova çıxış edərək öz təbriklərini çatdırmış, məktəbin şagirdlərinin təhsil və digər sahələrdə əldə etdiyi uğurlardan söz açmışdır. Şəhid Adil Qasımovun bacısı Gözəl Qasımova öz çıxışında məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov məzunlarla və bu ilki birincilərlə söhbət edərək fərdi qaydada onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Tədbir məzunların hazırladığı bədii hissə ilə davam edib.

 

Keçidlər