Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda məktəblərdə “Son zəng” günü qeyd edilib

14 iyun 2023 | 13:47

Bu gün 2022-2023-cü tədris ilinin yekunu ilə əlaqədar Tovuz rayonunun ümumtəhsil müəsissələrində "Son zəng" günü qeyd edilir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Aşağı Quşçu kəndində  İsmayıl Mürşüdov adına tam orta məktəbin “Son zəng” tədbirində iştirak edib.

İlk öncə Azərbaycan Respublikasın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Məmməd Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bu ilki məzunları “Son zəng” günü münasibətilə təbrik edib. RİH başçısı qeyd edib ki,  bu il “Son  zəng” tədbiri “Heydər Əliyev ili”nə təsadüf etdiyi üçün xüsusilə əlamətdardır. Təhsil sahəsi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mükəmməl dövlət siyasətinin prioritet məsələlərindən biri olmuşdur. Hazırda həmin siyasət ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyi tərəfindən gənc nəsilə və onların təhsilinə göstərilən diqqət və qayğının nəticəsi olaraq hər il Tovuzun ümumtəhsil məktəblərindən yüzlərlə gənc yüksək nəticələr göstərərək ölkənin və dünyanın ən prestijli universitetlərinə daxil olurlar.

“Son zəng” tədbirində Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil sektorunun müdiri Elmira Mürşüdlü və məktəbin direktoru Arzu Məmmədova çıxış edərək öz təbriklərini çatdırmış, məktəbin şagirdlərinin təhsil və digər sahələrdə əldə etdiyi uğurlardan söz açmışlar.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov məzunlarla və bu ilki birincilərlə söhbət edərək fərdi qaydada onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Tədbir məzunların hazırladığı bədii hissə ilə davam edib.

Keçidlər