Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş hərbi qulluqçuların məzarları ziyarət edilib

30 oktyabr 2023 | 18:30

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri  və rayon ictimaiyyətinin nümayəndələri lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş Tovuz rayon Çeşməli kəndində əsgər Hüseynov Şikar Hüseyn oğlunun, Dondar Quşçu kəndində əsgər Qasımlı Nicat Elşən oğlunun, Qaraxanlı kəndində  baş leytenant Orucov Niftalı Qəfər oğlunun,  Yuxarı Öysüzlü kəndində leytenant Qasımov Qərib Şahbaz oğlunun qəbrlərini ziyarət edib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri qoymuşlar.

Antiterror əməliyyatı Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Şəhidlərin valideynlərinə baş sağlığı verib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açıb. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər