Tovuzda kümçülərə 150 qutu barama qurdu paylanılıb
03 may 2024 | 18:31
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsulların istehsalı ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində zəruri işlər görülür.
Bu gün 150 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 55 kümçüyə paylanıldı. Cari ildə rayonun 35 yaşayış məntəqəsində ipəkqurdu bəslənəcəkdir. Kümçülərin 6 ton barama istehsal edəcəyi gözlənilir.
Kümçülər onlara əvəzsiz olaraq barama qurdu verildiyinə və baramaçılığın inkişafına göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.