Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kros qaçışı və gimnastika idman növləri üzrə yarışlar keçirilib

07 aprel 2023 | 16:53

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq 06 aprel 2023- cü il tarixində Tovuz Olimpiya İdman Kompleksində "Sağlam bədəndə sağlam ruh" devizi altında kros qaçışı və gimnastika idman növləri üzrə yarışlar keçirilib.

Yarışların açılış mərasimində Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov və Daxili işlər nazirliyinin İdman cəmiyyətinin əməkdaşı polis polkovnik-leytenantı Zaur Məcidov çıxış edərək, iştirakçıları salamlamış, yarışın məqsədinin bədən tərbiyəsi və idmanın təbliğinə və kütləviliyə nail olmaq, gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqdan ibarət olduğunu bildiriblər.

Yarışda 140 nəfər idmançı mübarizə aparmış, qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Keçidlər