Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Konstitusiya və Suverenlik İli”çərçivəsində ağacəkmə aksiyası keçirilib

16 may 2025 | 14:57

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bununla əlaqədar Tovuz  rayonunda ağacəkmə aksiyası keçirilib.

   Ağacəkmə aksiyasında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

   Aksiyada Tovuz rayon ərazisində torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 350  ədəd ağac əkilib.

Keçidlər