Tovuzda "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.
Tovuz rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə sektorun birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güldərən İbrahimova, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Günel Qasımova və Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin qurduğu hüquqi dövlətçilik təməli və müstəqil siyasət xətti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın Konstitusiyası və hüquqi islahatlar dövlətin güclü idarəçilik sistemini formalaşdırırdı, Ərazi bütövlüyü bərpa edildi və suveren dövlət olaraq beynəlxalq arenada gücləndi, iqtisadi, hərbi və diplomatik sahələrdə müstəqil siyasət aparılaraq Azərbaycanın qlobal mövqeyi möhkəmləndirildi. 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan ediilməsi ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyət kəsb edən iki tarixi hadisənin ildönümləri ilə əlaqədardır. Konstitusiyanın 30-cu ildönümü, Vətən müharibəsində qazanılmış qələbənin 5-ci ildönümü. Çıxışçılar qeyd ediblər ki, 2025-ci il ərzində ölkəmizdə Konstitusiyamızın və suverenliyimizin əhəmiyyətini vurğulayan bir sıra tədbirlər və layihələr keçiriləcəkdir. Bu tədbirlər Azərbaycanda dövlətçiliyin daha da gücləndirilməsi, hüquqi islahatların davam etdirilməsi və beynəlxalq mövqeylərin daha da möhkəmləndirilməsi üçün yeni bir mərhələdir.
Sonda hazırlanmış olan videoçarxa və kitab sərgisinə baxış keçirildi.