Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yeni dövrdə gənclərin hüquq və vəzifələri” mövzusunda tədbir keçirilib

24 iyun 2025 | 16:12

Tovuz Rayon İcra Hakimiyyəti, rayon Ağsaqqallar şurasının və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yeni dövrdə gənclərin hüquq və vəzifələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH aparatının məsul əməkdaşları, rayon Ağsaqqallar şurasının sədri,  Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun müdiri və gənc müəllimlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar şurasının sədri Məzahir Bayramov bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq. Ulu Öndər Heydər Əliyev  tərəfindən əsası qoyulmuş gənclər siyasətinin bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni dövrün çağrışlarına uyğun olaraq həyata keçirildiyini  xüsusilə  vurğulamışdır.

Daha sonra RİH başçısı aparatının məsul işçisi Tofiq Əliyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev və Gənclər Evinin direktor müavini Azər Babayev çıxış edərək bildirmişlər ki,  Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Bu isalahatlar  dahi şəxsiyyət tərəfindən əsası qoyulmuş gənclər siyasətini də əhatə edirdi. Azərbaycan gəncliyinin milli ruhda yetişməsinin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsi idi. Onlar tarixin və tərəqqipərvər bəşəriyyətin şahidliyi ilə  başlanan və 44 gün davam edən Vətən Müharibəsindən Zəfərlə çıxaraq, İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Hələ Vətən Müharibəsi başlamadan öncə, Tovuz döyüşlərində minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət edirdi. Bu müraciətlər vətənpərvərlik ruhunun Vətənə hesabatı sayılırdı. Ermənistanda fərariliyin baş alıb getdiyi, gənclərin ordudan yayındığı bir vaxtda Azərbaycan gəncləri döyüşə can atırdılar. Bununla da Azərbaycan gəncliyi üzərinə düşən böyük missiyanı kifayət qədər uğurla, şərəflə yerinə yetirmiş oldu. Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.

Sonda  “Konstitusiya və milli məfkurənin vəhdəti” mövzusunda videoçarxa baxış keçirilib.

 

Keçidlər