Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Panel Müzakirə keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.
Tovuz Rayon İcra Hakmiyyətinin və Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nın birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Qanun çərçivəsində” Panel Müzakirə keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Müzakirədə panelistlər- Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Əliyev, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Qazax-Tovuz regional nümayəndəliyinin müfəttişi Elşən Məmmədov, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tərbiyyə işləri üzrə direktor müavini Lamiyə Namazova, hüquq müəllimləri Elnur Quliyev və Tahirə Əliyeva iştirak etmişlər.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova açılış nitqi ilə çıxış edərək bildirmişdir ki, 1993-cü ildə yenidən rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti və eyni zamanda, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu. Həmin dövrdə mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, həmçinin insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə təminat vermirdi. Məhz bu səbəbdən müstəqil dövlət qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu. Yeni qəbul edilmiş Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi.
Bundan sonra Təhsil hüququ, İstirahət hüququ, Əmək hüququ, Nikah hüququ, Şərəf və ləyaqətin qorunması hüququ, Əqli mülkiyyət hüququ, Təhlükəsizlik hüququ, Sosial təminat hüququ, Yaşamaq və azadlıq hüququ mövzularında panelistlər çıxış etmişlər.
Panelistlər auditoriyanın suallarını cavablandırmış, mövzu ilə bağlı olaraq yekun fikir bildirirək tədbiri yekunlaşdırmışlar.