Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Ailə münasibətlərinin hüquqi tənzimi və məişət zorakılığı ilə mübarizə” mövzusunda tədbir keçirilib

13 mart 2025 | 14:55

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. 

  Tovuz rayon İcra Hakmiyyətinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ailə münasibətlərinin hüquqi tənzimi və məişət zorakılığı ilə mübarizə” mövzusunda tədbir keçirilib

    Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

  Tədbiri çıxış sözü ilə açan RİH başçısının müavini Təranə Bayramova bildirmişdir ki, ölkəmizdə ailə münasibətlərinin hüquqi tənzimlənməsi prosesində Ulu Öndər Heydər Əliyevin danılmaz rolu vardır. Belə ki, 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş, məhz həmin konstitusiya lahiyəsini hazırlayan komissiyaya  da Heydər Əliyev sədirlik etmişdir. Ölkəmizin əsas qanunu olan konstitusiyamızda ailə ilə bağlı ayrıca maddənin əlavə edilməsi gələcəkdə bu sahədə işlərin görülməsindən xəbər verirdi. Bundan sonra ailə münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi mexanizm gücləndirilmiş, yeni qanunvericilik aktlar qəbul edilmişdir. Bu gün bu istiqamətində işlər uğurla davam etdirilir. Xalqımızın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu prosesinə başlayan dahi Lider hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən ailə, uşaq və dövlət münasibətlərinin milli dəyərlərə söykənərək inkişafına rəvac verdi.

  Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov çıxışlarında qeyd etmişlər ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, hər şeydən öncə, xalqımızın tarixi ənənələrinə söykənən ailə, uşaqlar və dövlət cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsinə götürüldü. Ailədə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək də valideynlərə dövlətin dəstəyi və qayğısı ön plana çəkildi. Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində ailə Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi dövlətin milli inkişafında mühüm rol oynamışdır. Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquq islahatları çərçivəsində sağlam ailə qurulması prinsipinə uyğun olaraq ailə və mülki sahənin formalaşmasına öz töhvəsini verməkdədir.

    Tədbir gənclərlə müzakirə formasında davam etdirilərək onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Keçidlər