Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

14 mart 2025 | 15:52

Azərbaycan Respublikasında 2025-ci ilin “ Konstitusiya və Suverenlik ili ” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq Tovuz  rayonunda ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının, idarə və  müəssisələrin əməkdaşları, qazilər və rayon  ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiyada rayonun Aşağı Mülkülü kəndi ərazisində ümumilikdə 200 ədəd şam ağacı əkilib.

Keçidlər