Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kommunal infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər görülür

23 oktyabr 2026 | 15:30

Tovuz rayonunda ətraf mühitin mühafizəsi, təmizliyin qorunması, yaşayış məntəqələrinin abadlaşdırılması və kommunal infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Rayonda məişət tullantılarının daha səmərəli və operativ şəkildə daşınmasının təmin edilməsi, ərazilərdə sanitar vəziyyətin yaxşılaşdırılması və təmizlik işlərinin təşkili məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Tovuz rayonuna tullantı daşıyan 3 ədəd avtomobil və 80 ədəd tullantı konteyneri təqdim edilib.

Yeni texnika və konteynerlərin istifadəsi tullantıların vaxtında daşınmasına, yaşayış məntəqələrində təmizliyin qorunmasına və ətraf mühitin mühafizəsinə töhfə verəcək.

Bununla yanaşı, rayonun kənd və qəsəbələrində abadlıq, təmir və yenidənqurma işləri həyata keçirilir, yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahatlığının təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.

 

 

Keçidlər