Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kiçik çavuş Tağıyev Novruz Tağı oğlu dəfn edildi

10 iyul 2022 | 16:49

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Laçın rayonunda  xidməti vəzifəsinin yerinə yetirən zaman həlak olan kiçik çavuş 1990-cı il təvəllüdlü Tağıyev Novruz Tağı oğlunun nəşi bu gün Tovuz rayonunda dəfn olunub.

Tovuz rayonunun Koxanəbi kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimin sonunda üçrəngli  Azərbaycan bayrağı təntənəli şəkildə Novruz Tağıyevin qardaşı Namiq Tağıyevə təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər